TOY YASA DÖNDÜ: Gəlin özünü xınayaxdı gecəsi güllələdi

23-09-2018, 17:03           
TOY YASA DÖNDÜ: Gəlin özünü xınayaxdı gecəsi güllələdi
Türkiyənin Adıyaman bölgəsində gəlin xınayaxdı gecəsi özünü öldürüb.

Publika.az “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, Oyratlı kəndində Hülya Y. adlı gənc qız xınayaxdı mərasimi zamanı atasına məxsus tapançanı götürərək başqa otağa keçib. Burada bir qədər gözləyən qız çənəsinin altından atəş açıb. O, ağır vəziyyətdə Adıyaman Uiversitetinin xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Nişanlı qızın xınayaxdı mərasimi günü özünü hansı səbbədən öldürməsi hələlik məlum deyil.

İntihar hadisəsi ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru