Şəhid pilotumuz Təbriz Musazadənin həyat yoldaşı Dövlətdən kömək istədi

14-01-2020, 12:15           
Şəhid pilotumuz Təbriz Musazadənin həyat yoldaşı Dövlətdən kömək istədi
Pilotumuz Təbriz Musazadənin həyat yoldaşı yazır: Azərbaycanın Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili ( Ombudsman ),Ailə Qadın Uşaq problemləri üzrə Dövlət komitəsi və Mərkəzi Seçki Dairəsinə…

Günlərdir övladlarımla əziyyət çəkirik və bu ilk deyil. 4 il öncə də eyni hadisələr yaşandı susduq. Amma yetər artıq. Mən daha bir 4 il sonra da bu cür məhv olmağımızı istəmirəm. Övladlarımı düşünən olmadı. Şərəf və ləyaqətli oldu hər kəs . Hər gün çirkab yazılarınızı oxudu övladlarım. Çox heyif ki,buna səbəb balalarımın öz əzizləri oldu. Bir böhtanla başladı və hər kəs ucunu tutub getdi. İki övladı ,qadını düşünən olmadı. Övladlarım sizin içinizdəki kinin altında əziləcək deyə düşünmədiniz.İndiyə qədər heç kimdən nəsə tələb,xahiş etmədim. KiV nümayəndələri yıxdı,sürüdü. Saxta profil açıb haqqımda şayələr yazdınız. Videoda demədiyim sözləri rəylərdə yazdınız Nə tez unutdunuz kimin ailəsi olduğumuzu? Şərəfdən danışarkən əcəba düzmü deyildi?Bəs,bu övladlar yazdıqlarımızı oxuyur. Görəsən düzmü edirik? Bir dəfə bu insanların qapısını döyüb nəyə ehtiyacın var ? sualını soruşduqmu?Günlərdir bu uşaqlar dərsə getmir.Biz hansı yalanlara uyduq? dedikmi? Demədik. O zaman indi mən deyirəm . Bizim şərəf və layaqətimizə verilən zərərə susmayın.Bu gün övladım ilə Ombudsmana müraciət etdim. Qarşılığında isə Səbinə xanıma deyilmədən “Siz ərizə yazın sonra baxacağıq”cavabını aldım. Bəlkə də qəbul edəcəkdi,amma deyilmədi. Daha sonra Ailə Qadın Uşaq problemləri üzrə Dövlət komitəsinə müraciət etdik iki həftə zamanımız yoxdur üçüncü həftə gəl dedilər. O qapıdan geri qaytardığınız insanlar üç gün sonra bu dünyada olmaya bilər.Son qoyun bu haqqsızlığa! Nə edim mən ? Övladlarımı alıb bu ölkəni tərk edim? Ən azından bilərəm öz ölkəmdə deyiləm haqsızlıqla üzləşirəm.Niyə Mehriban xanıma səsimizi çatdırmırlar? Ağzınıza gələni yazmayın o övladlar Təbrizindir. İnsanları intihara sürükləməyin!Və son bir həftədə başıma gələn bütün haqsızlığa qarşı dəstək istəyirəm . Mən bu vətən üçün az da olsa bir şeylər etdim. Niyə susdunuz? Mən şəhid analarına yardım etdim,şəhid övladına yardım etdim, kimsəsizlırə ana oldum,küçədəki uşaqları evimə aldım , saxladım. Şiddətə məruz qalmış qadınlara yardım etdim. Şəhid,qazi balalarına təmənnasız təhsil verdim. Əsgərlər üçün səngərlərə getdim. Şəhid xanımlarını işlə təmin edilməsinə yardım etdim Azmı, iş görmüşəm mən?Azmı ,bu vətən ,bu torpaq üçün çalışıram? Sizlər nə etdiniz? Mən haqqım olanı istəyirəm. Bu vətən üçün iki oğul ,iki əsgər yetişdirirəm. Hansı ki, bu gün qapıdan qaytardılar. Şərəf və layaqətimə olunan haqsızlığa dəstək istəyirəm. Qadın kimi ,ana kimi…Mən Pərişanlara dəstək istəyirəm.

Bu həftə mənə və övladlarıma olunmayan haqsızlıq qalmadı!!!

36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyimi irəli sürdüm. İmza vərəqlərini götürdüm və imza toplamağa başladıq. 36 saylı dairənin hüdudlarını soruşduq ki,ərazi olaraq uşaqlar hansı küçələrdə imza toplayacağını dəqiqliklə bilsin. Dairədən sanki kiminsə evini göstərirmiş kimi “Düş burdan çıx Zığdan “dedilər. Halbuki tamam başqa küçələr də vardı siyahidə.Şəhid övladları,birliyin işçiləri və qazilər ilə… İki gündən sonra vərəqlərin nüsxə(kserekopiya) olduğunu anladıq. Dairəyə zəng vurdum və” Eybi yoxdur narahat olmayın ona imza atdıra bilərsiniz”dedilər. Uzun bir mübahisədən iki gün sonra vərəqi qaytarıb yeniləri ilə əvəz etdik və yenə imzaya başladıq amma çox gecikərək. Bu dəfə insanlar imza atarkən niyə möhür yoxdur?dedilər. Saxta sənəddir?Bu dəfə namizədliyini vermiş digər bir şəxsə göstərdik və dedi ki , möhür hər birinə vurulmalı idi. Bəli,orda üst vərəqə möhür vurub arasına 9 möhürsüz imza vərəqini qoyub vermişdilər mənə… Buna da bir neçə gün zaman getdi. Daha sonra möhürlü vərəqləri götürüb imzaya başladıq.(Artıq çox gec idi) Səhəri məlum olaylar baş qaldırdı. Çirkab hadisənin içində mənə zəng vurub dedilər ki,Pərişan xanım sizin adınız partiyanın adı ilə gedib MSK ya. Dairəyə Getdim və sədrdən tələb etdim. Bir tərəf ,öz təşəbbüsümlə verdiyim halda niyə partiya adı ilə gedib? Düzəldəcəyini yalnışlıq olduğunu dedi . Və dünən zəng vurub deyirlər ki,öz istəyinlə namizədliyini geri götürmüsən? Dedim yox…İndi sual ünvanlayıram.
-Mən rəsmi halda özüm imtina etmədiyim müddətcə niyə mənim adımdan bu cür qeyd aparılıb?
-Nə səbəbə mənə saxta imza vərəqi verildi?
-Nə səbəbə mənə möhürsüz imza vərəqi verildi?
-Nə səbəbə mənə qarşı bu cür kompaniya başlatdınız və burda kimlərdənsə istifadə etdiniz?
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.