Rusiyada zavodda qəza oldu, ÖLƏN VƏ YARALANANLAR VAR

11-07-2025, 00:10           
Rusiyada zavodda qəza oldu, ÖLƏN VƏ YARALANANLAR VAR
Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.
Rusiya KİV-ləri xəbər verir ki, sexdə təmir işləri aparılan zaman borunun hermetikliyinin pozulması nəticəsində yüksək təzyiqli buxar tullantısı yaranıb.

İnsident nəticəsində 1 fəhlə yerindəcə keçinib, daha 4 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmişlərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır.

İstintaq orqanları artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci bəndi (ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən əməyin mühafizəsi tələblərinin pozulması) ilə cinayət işi açıb.

Hadisə yerində regional İstintaq Komitəsinin kriminal ekspertlərinin də daxil olduğu əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər qəzanın dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün bir sıra tədbirlər həyata keçirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru