İntihar etmiş keçmiş rusiyalı nazir vida mesajı qoyub

11-07-2025, 08:16           
İntihar etmiş keçmiş rusiyalı nazir vida mesajı qoyub
Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt intihar etməzdən əvvəl nazirliyin iş çatında vida mesajı qoyub.

Bunu "Kommersant" nəşrinə keçmiş nazirlə vida mərasiminin iştirakçılarından biri deyib.

İyulun 7-də Starovoyt müavinləri ilə əməliyyat müşavirəsi keçirib və bundan sonra işdən azad olunduğunu öyrənib. Tədbir iştirakçısının dediyinə görə, həmkarları əvvəlcə bunun vida olduğunu başa düşməyiblər.

Onun istefası ilə bağlı fərman elan edildikdən sonra Starovoyt müavinlərindən biri ilə vəziyyəti müzakirə edib, o qeyd edib ki, fərmanın mətnində "dəhşətli heç nə yoxdur" və "gələcək var".

Mənbənin sözlərinə görə, sabiq nazir daha sonra müavinləri ilə ümumi çatda ölkə üçün faydalı iş gördüyünü yazıb və sonda əlavə edib: "Vətənə şərəfimlə xidmət etmişəm".

Həmin gün Moskva vilayətinin Odintsovo şəhərindəki parkın yaxınlığında Starovoytun cəsədi tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru