Bakıda bu qurumların işçilərinin daşınmasına avtobuslar ayrıldı

6-06-2020, 19:06           
Bakıda bu qurumların işçilərinin daşınmasına avtobuslar ayrıldı
"Bizə daxili imkanlar hesabına əməkdaşların daşınması üçün həyati əhəmiyyətli qurumlardan müraciətlər daxil olub. Ona görə də bu gün bir qisim sürücü və texniki personal iş başındadır"

Bakıda icazə verilən sahələrdə çalışan qurumların əməkdaşlarının iş yerinə çatdırılmasi üçün xüsusi avtobuslar ayrılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, bu gündən etibarən ölkənin dörd şəhərində ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Bu məqsədlə BNA fəaliyyətinə icazə verilən sahələrdə çalışanların iş yerinə daşınmasına yardım edir: "Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin həftəsonu üçün sərt qərarına əsasən fəaliyyət planı hazırlanıb. Bildiyiniz kimi, ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Bu iki gün ərzində avtobusların sazlanması və dezinfeksiyası üçün də fəaliyyət planı hazırlanıb. Amma bizə daxili imkanlar hesabına əməkdaşların daşınması üçün həyati əhəmiyyətli qurumlardan müraciətlər daxil olub. Ona görə də bu gün bir qisim sürücü və texniki personal iş başındadır. Ehtiyat olaraq əlavə avtobus və sürücülərin də icaze.gov portalında qeydiyyatı həyata keçirilib. Lazım olsa, onlar da bu prosesə cəlb olunacaqlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.