İnsanın öləcəyini gözlərdən bilmək olur (ARAŞDIRMA)

13-08-2020, 00:02           
İnsanın öləcəyini gözlərdən bilmək olur (ARAŞDIRMA)
Araşdırmaçılar ürəkçatışmazlığı xəstələrinin göz bəbəyinin ölçülərinə baxaraq öləcəyini qabaqcadan öyrənə biliblər.

Teref.az xəbər verir ki, həkimlərin bu araşdırması “ESC Heart Failure” jurnalında dərc edilib.

Məlumata görə, alimlər iki il boyunca 870 nəfərlik qrupu müşahidə ediblər. Məlum olub ki, göz bəbəyi böyük pasiyentlərdən fərqli olaraq kiçik göz bəbəyi olan xəstələr iki dəfə daha çox ölüblər.

Bundan başqa, ağırlaşma səbəbindən onlar daha çox xəstəxanaya yerləşdiriliblər. Araşdırmaçıların fikrincə, göz bəbəyinin ölçüləri ürəkçatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün yeni qeyri-invaziv metod ola bilər. (Report)шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.