Dünyanın ən böyük xəzinəsi: 20 milyon tondan artıq qızıl ehtiyatlarının yeri açıqlandı

Bu gün, 12:28           
Dünyanın ən böyük xəzinəsi: 20 milyon tondan artıq qızıl ehtiyatlarının yeri açıqlandı
Yer kürəsinin okeanlarında təxminən 20 milyon ton qızılın mövcud olduğu ehtimal olunur. Onun ümumi dəyəri hazırkı qiymətlərlə 2.1 kvadrilyon dollardan çox qiymətləndirilir.

Bu barədə "IFLScience" nəşri məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, hər 100 milyon ton dəniz suyunda cəmi 1 qram qızıl həll olunmuş halda tapılır. Qızıl okeanlara əsasən qurudan düşür. Yağış, çaylar və külək qayaların tərkibindəki zərrəcikləri dənizə aparır. Digər mühüm mənbə isə dəniz dibindəki hidrotermal çıxışlardır. Onlar minerallarla zəngin isti mayeləri okean axınları ilə qarışdırır.

Bununla belə, ekspertlər bildirirlər ki, qızılı sudan çıxarmaq iqtisadi baxımdan sərfəli deyil. 1940-cı illərdə sınanmış üsulların dəyəri qızılın öz qiymətindən daha baha başa gəlmişdi.

Son illərdə yeni materiallarla kiçik miqdarda qızılın sınaq məqsədilə çıxarılması mümkün olsa da, kütləvi miqyasda tətbiqi hələlik real sayılmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru