Eynəksiz həyat: Cərrahi müdaxilə olmadan görmə zəifliyini aradan qaldıran göz damcısı kəşf edildi

Bu gün, 12:38           
Eynəksiz həyat: Cərrahi müdaxilə olmadan görmə zəifliyini aradan qaldıran göz damcısı kəşf edildi
Yaşla bağlı olaraq yaxını görmədə yaranan problemlər (presbiopiya) milyonlarla insanı eynəklərdən asılı vəziyyətə salır. Lakin argentinalı alimlərin hazırladığı xüsusi formulalı göz damcısı bu problemi aradan qaldıra bilər.

"Haber Global"ın verdiyi məlumata görə, bu barədə Buenos-Ayresdəki Presbiopiya Araşdırma Mərkəzindən bəyan edilib.

Ekspertlərin sözlərinə görə, damcılar görmə itiliyini əhəmiyyətli dərəcədə artırır və təsiri iki ilə qədər davam edir. 766 xəstə üzərində aparılan testlərdə istifadəçilərin böyük əksəriyyəti oxu cədvəlində bir neçə sətir artıq görə bilib.

Damcıların tərkibində iki əsas maddə var: pilokarpin gözün fokuslanma qabiliyyətini artırır, diklofenak isə iltihabın qarşısını alır. Yan təsirlər isə əsasən yüngül və keçici olub, şikayətlər müvəqqəti bulanıq görmə və yüngül baş ağrısı ilə bağlı olub.

Mütəxəssislər bildirirlər ki, bu üsul hələlik bütün hallarda eynəyi tam əvəz etməsə də, cərrahiyyə müdaxiləsinə ehtiyac duymadan rahat və təhlükəsiz alternativ ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru