"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"

Bu gün, 12:29           
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
“Nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deyib.

“Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər. Nəticədə bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır. Nə nazir, nə komitə sədri, nə də başqasıdır... Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksən, niyə cavab vermirsən?

Onlar da deyir ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nədən ötrüdür? Zəng edin, görün deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəyəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq və s.

Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəbul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər”, - deyə millət vəkili qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru