Zohrab Mnatsakanyan indi də Vaşinqtonu “su yolu”na döndərib - GƏLİŞMƏ

26-10-2020, 08:58           
Zohrab Mnatsakanyan indi də Vaşinqtonu “su yolu”na döndərib - GƏLİŞMƏ
ABŞ səfərindən öncə Rusiyanı “su yolu”na döndərən, 10 gün ərzində 3 dəfə Moskvaya ağalarının hüzuruna yollanan Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtondakı təmaslardan da istədiyi nəticəni almayınca, İrəvana qayıtmadı. Nədən ki, məsafə uzaqdır, Ağ evi “su yolu”na döndərməyə zaman imkan vermir.

Məhz bu reallığı nəzərə alan Mnatsakanyan indiyədək Vaşinqtonda qalıb müxtəlif çevrələrlə görüşlər keçirir erməni dərdinə çarə axtarır. Nazir məhz bu məqsədlə də bu gün ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüşüb. Görüşdə Amerika Erməni Konqresinin sədri Caroline Mugari, qurumun Himayəçilər Şurasının həmsədri Anthony Barsamyan, İcraçı direktoru Brian Arduni, Amerika Erməni Milli Komitəsinin sədri Raffi Amparyan və digər icma nümayəndələri də iştirak ediblər.

Erməni mediasının yazdığına görə, Pelosiyə Qarabağdakı vəziyyət barədə məlumat verən Mnatsakanyan ondan təcili yardım istəyib. Nazir Türkiyənin münaqişədə birbaşa iştirakı, Qarabağda Azərbaycan tərəfindən döyüşən silahlıların Suriyadan gətirilməsini iddia edib.

ABŞ-ın erməni icması da öz növbəsində Pelosiyə münaqişə bölgəsindəki vəziyyətlə bağlı addımlarından və gələcək planlarından danışıblar.

Xatırladaq ki, 23 oktyabrda Mnatsakanyan Vaşinqtonda ABŞ Dövlət katibi Mike Pompeo, həmçinin Prezidentin Milli Təhlükəsizlik Məsləhətçisi Robert O "Brian ilə də görüşmüşdü.

Görünür, erməni dövlət xadimləri hələ də anlamayıblar ki, dünya düzəninin yenidən formalaşdığı ərəfədə Rusiyanın qucağında oturmaqla qazandıqları uğurlarından vaz keçmədikcə Vaşinqtonda gülərüzlə qarşılanıb əliboş yola salınacaqlar. 1.5 milyon erməninin səsini almaq üçün seçkilər dövründə başlarını sığallayanlar seçkilərdən sonra onları it yerinə belə qoymayacaqlar. Necə ki, hər il aprelin 24 ərəfəsində böyük təmtəraqla gündəmə gətirilən “soyqırım” qətnamə layihələri son anda fiasko ilə nəticələnir və erməni lobbisinə “gələn il yenidən denəyərsiniz” mesajı verilir. Allahın gələn ili isə bitən deyil və ermənilərlə qiyamətə qədər gedəcək.
Ən əsası isə bu gün Dağlıq Qarabağda ordumuzun apardığı mübarizə təkcə Azərbaycan üçün deyil. Bu savaş bizim üçün Vətən, ABŞ üçün isə Rusiyanı Cənubi Qafqazdan qovmaq müharibəsidir. Siyasi və milli maraqların örtüşməsi Azərbaycanın perspektiv uğurlarının da rəhnidir. \\ovqat.com\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.