Arvadını yuxudan oyadıb öldürdü - TƏFƏRRÜAT

31-05-2023, 16:55           
Arvadını yuxudan oyadıb öldürdü - TƏFƏRRÜAT
Bakıda arvadını taxta parçası ilə döyərək qətlə yetirməkdə təqsirli bilinən Namiq Əkbərzadənin cinayət işi.

TEREF.AZ "Ölkə.Az"a istinadla xəbər verir ki, hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, Namiq Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib.

Namiq Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

O, ifadəsində bildirib ki, 2000-ci ildən Rusiyada ticarətlə məşğul olub. 2006-cı ildə Bakıda ev aldıqdan sonra Dilarə Hüseynova ilə ailə həyatı qurub və həmin nigahdan iki uşaqları dünyaya gəlib. Son illərdə Dilarənin hərəkətləri onu qıcıqlandırıb. Hətta sonuncunun xəyanət etdiyini düşünüb.

Namiq Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb: “Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiya olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim ki, uşaqlar biraz böyüsün”.

İfadəsini davam edən təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib: “Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orda dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, “bala, yola ver”. Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım, uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O, dayanmadı, beldən aşağı şöyüşlər söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum”.

Məhkəmə prosesində Namiq Ələkbərzadə ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ki, törətdiyi əməl nəticəsində ən ağır zərbə əslində onun özünə dəyib. İki azyaşlı övladı valideynsiz qalıb.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli qəsdən törədilib və xüsusi ilə ağır cinayətdi.

Sonda məhəkəmnin hökmü ilə Namiq Əkbərzadə 120.1(qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.