YPX reyd keçirib, 40 sürücü barəsində protokol tərtib olunub

7-09-2019, 17:27           
    YPX reyd keçirib, 40 sürücü barəsində protokol tərtib olunub
Teref.az - Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları tərəfindən Zaqatala rayonu ərazisində reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmayan, sərxoş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Reyd zamanı 80-dən artıq avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 40-nın sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub. Eyni zamanda yol polisi əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıb, onları sükan arxasında diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.