Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb

17-09-2020, 10:09           
Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri
istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional Teref.az-a qrupundan verilən məlumata
görə, şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında
şübhəli bilinən rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev saxlanılıb.
Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman
oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi
çəkisi 4 kq 345 qr 4 ədəd və qurutmaq üçün həyətyanı sahədəki tikilinin
çardağında saxladığı çəkisi 2 kq 610 qr 2 ədəd çətənə kolu aşkar edilərək
götürülüb. S.Hacıbalayev ifadəsində narkotik vasitəni mart ayında becərdiyini,
onlara xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.