İrandakı səfirliyimizə olan hücumla bağlı Qorqud partiyasının bəyanatı

27-01-2023, 16:51           
İrandakı səfirliyimizə olan hücumla bağlı Qorqud partiyasının bəyanatı
Bu gün səhər saatlarında Azərbaycanın
İrandakı səfirliyinə hücum baş verib. Avtomatla silahlanmış şəxs səfirliyimizə daxil olaraq, səfirliyin bir əməkdaşını qətlə yetirib, iki nəfərini isə yaralayıb. İran hökumətinin son zamanlar Azərbaycana qarşı düşmən mövqeyini nəzərə alsaq, bu hadisənin daha çox terror hadisəsinə bənzəməsini deyə bilərik. Azərbaycanın öz torpaqları uğrunda Ermənistanla münaqişəsində İran hakimiyyəti öz şiə qardaşları olan bizim tərəfdə yox, məscidləri tövləyə çevirən xristian ermənilərin tərəfində
durdu. Qarabağın azadlığı uğrunda 44 günlük müharibədə də İran Azərbaycana qarşı təxribatlara əl atdı. Son dövr İran rəsmilərinin Azərbaycana qarşı xoşagəlməz fikirləri bizi, bu günkü hadisənin təsadüf olmaması qənaətinə gətirir. Hesab edirik ki, bu hadisə Azərbaycana qarşı aparılan düşmən siyasətinin təbii nəticəsidir.
Qorqud partiyası olaraq İran hakimiyyətindən tələb edirik ki, Azərbaycana qarşı apardığı düşmən siyasətinə son versin. Səfirliyimizə edilən hücumun təşkilatçıları və icraçıları tapılsın və ciddi cəzalandırılsın. Görülən işlər barədə xalqımız məlumatlandırılsın.

Qorqud partiyasının sədri Firudin Kərimov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.