“Heydər Əliyev – 100 ilin xatirəsi” adlı tədbir keçirilib

3-02-2023, 15:39           
“Heydər Əliyev – 100 ilin xatirəsi” adlı tədbir keçirilib
Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində 6 nömrəli məktəb liseyin şagird-müəllim kollektivinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyev – 100 ilin xatirəsi” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə və Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən slayd-şou və videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi.
Sonra məktəb-liseyin şagirdləri Nəzrin Hüseynova, Əhməd Qasımbəyov, müəllimə Təranə Səmədova və məktəb-liseyin direktoru, əməkdar müəllim Gülşən Orucova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, onun 6 nömrəli məktəb-liseydəki tədbirlərdə iştirakından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məktəbdə təhsil alması illərindən və prezidentliyi dövründə məktəb kollektivi ilə görüşlərindən danışdılar. Məktəb şagirdlərinin ifasinda Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirildi.
Sonda məktəb-liseyin müəllim və şagird kollektivinin məktəbin fəxri məzunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu oxundu.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.