Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar

23-03-2023, 19:59           
Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar
Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək, qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin intensiv olduğu şəhərin müxtəlif küçə və prospektlərində keçirilən yoxlamalar zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozan sürücülər müəyyən olunub. Polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb, özlərinin və digərlərinin də sağlamlığı üçün sükan arxasına məsuliyyətli olmağın zəruriliyi diqqətə çatdırılıb.
Qaydaları pozan həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.