İraq vətəndaşlarına Çazzabeh sərhəd keçid məntəqəsindən İrana giriş qadağan edilib

16-12-2019, 07:54           
İraq vətəndaşlarına Çazzabeh sərhəd keçid məntəqəsindən İrana giriş qadağan edilib
Dekabrın 15-dən etibarən İraq vətəndaşlarına və turistlərə "Çazzabeh" terminalından İrana girmək qadağan edilib.

APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə "Çazzabeh" Sərnişin Terminalının direktoru Əhməd Sabhani açıqlamasında bildirib.

O, əlavə edib ki, İraq vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağaya səbəb bu ölkədə davam edən qeyri-stabilliyin hökm sürməsi və iki ölkə arasındakı sərhəddə təhlükəsizlik tələblərinə riayət edilməməsidir.

Ə.Sabhani İranlı zəvvarların İraqın müqəddəs şəhərlərinə, xüsusən də Kərbəla və Nəcəfə getmələrinin 2 həftə əvvəl qadağan edildiyini söyləyib.

Bildirilib ki, İraq şəhərlərində nisbi sabitlik bərpa ediləcəyi təqdirdə, vətəndaşlar və zəvvarlar yenidən bu ölkəyə gedə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi də İraqdakı məlum vəziyyəti nəzərə alaraq həmvətənlərini İraqa getməməyi tövsiyə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru