Medvedev Belarusu hədələdi

6-08-2020, 00:00           
Medvedev Belarusu hədələdi
Belarus-Rusiya münasibətləri çox gərginləşib. Hər iki tərəf ölkə sərhədlərinə qoşun yığır. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı daxili işlərə qarışmaq cəhdində ittiham edir.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Belarusu hədələyib. O, qonşu ölkə hakimiyyətinin Kremldən düşmən obrazı düzəltmək istədiyini deyib. Onun sözlərinə görə, bu metodlar Belarus üçün kədərli aqibətlə bitə bilər.

Lukaşenko son çıxışında Rusiyanı qardaşlıq münasibətlərinə son verməkdə qınamışdı. Amma “Batka” istənilən halda müttəfiqliyin qalacağına ümid ifadə etmişdi. Hadisələrin gedişi isə bunu göstərmir. Belarus bu gün Rusiyadan aldığı neftin həcmini azaltmağı düşündüyünü elan edib. Minsk avqustda qonşu ölkədən cəmi 1.21 milyon ton neft alacağını bildirib.

Belarusun aylıq ehtiyacının 1.37 milyon ton olduğunu açıqlayıb. Boşluğu Azərbaycan və ABŞ dolduracaq. Belarusa ümumi həcmi 160 min ton olan iki tanker göndəriləcək.

Belarus iyulda Rusiyadan 1.58 milyon ton neft almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru