“Rusiya MSK Belarusdakı seçkilərə müşahidəçi göndərməyəcək” – Pamfilova

6-08-2020, 08:05           
“Rusiya MSK Belarusdakı seçkilərə müşahidəçi göndərməyəcək” –
Rusiya Mərkəzi Seçki Komisiyası (MSK) öz müşahidəçilərini Belarusdakı prezident seçkilərinə göndərməmək barədə qərar qəbul edib. Rəsmi səbəb - rəsmi dəvətin olmaması və koronavirus infeksiyasına yönəlik qeyri-müəyyən vəziyyət. Bu barədə Rusiya MSK-nın sədri Ella Pamfilova bəyan edib.

«Əvvəla, Rusiya MSK Belarus həmkarlarından rəsmi dəvət almayıb. Dəvət əvvəlcədən, mövcud ikitərəfli sazişə (4 iyun 1998 il) uyğun olaraq göndərilir. Bununla bərabər, Rusiya MSK öz nümayəndələrinin MDB missiyası çərçivəsndə də Belarusa göndərilməsini mümkün hesab etmir və bu zaman yumşaq desək, Belarus rəhbərliyinin koronavirus infeksiyasına xeyli spesifik münasibətini nəzərə alır. Mən, Rusiya MSK-nın rəhbəri kimi, öz həmkarlarımın sağlamlığını və şəxsi təhlükəsizliyini təhdid altına sala bilmərəm» - Pamfilova bildirib.

MSK sədri həm də danışıb ki, adətən ATƏT İnsan hüquqları və demokratik təsisatlar Bürosu missiyasına daxil olan Rusiya müşahidəçiləri bu il Belarusa getmək imkanlarına malik deyillər, bu səbəbdən ki, Büro Belarus tərəfin dəvətini böyük gecimkə ilə alıb.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.