ABŞ-da baş verən atışmada yeddi nəfər yaralanıb

1-10-2020, 07:50           
ABŞ-da baş verən atışmada yeddi nəfər yaralanıb
ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində baş verən atışma nəticəsində ən az yeddi nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Associated Press agentliyi bildirib.

Məlumata əsasən, avtomobildə olan naməlum şəxs təxminən 100 nəfərdən ibarət olan dəfn mərasimi iştirakçılarına atəş açıb. Qeyd edilib ki, yaralananların həyatına heç bir təhlükə yoxdur.

Polis atəş açan şəxsin axtarışını aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.