Ukraynanın erməni naziri prezident Zelenskiyə qarşı çıxdı

24-10-2020, 05:37           
Ukraynanın erməni naziri prezident Zelenskiyə qarşı çıxdı
Ukraynada prezident Vladimir Zelenski ilə daxili işlər naziri, erməni əsilli Arsen Avakov arasında növbəti qalmaqal yaranıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, o, dövlət başçısının “2014-cü ildə Krımı döyüşsüz təslim etdilər” sözlərinə sərt təpki göstərib.

Onun sözlərinə görə, həmin ildə hakimiyyətə yeni gələn iqtidar məhdud imkanlara rəğmən Krımın ölkənin tərkibində qalması üçün əlindən gələni edib. Paytaxt Kiyevdə keçrilən Təhlükəsizlik forumunda danışan Arsen Avakov hətta prezidentə bu sözləri söylədiyi üçün qəzəblənib.

“Mən siyasi ritorika ilə faktları ayıra bilirəm. Faktlar isə həmin dövrdə Ukrayanın bu və ya digər addım atmaqla bağlı hansı imkanlara malik olduğunu açıq şəkildə göstərir. Hesab edirəm ki, bu cür məsələlər ümumi debatların deyil, situasiyanın ciddi şəkildə araşrılmasının predmeti olmalıdır. Yalnız bundan sonra “saxlamaq olardımı, olmazdımı” sualına cavab tapmaq olar. Ukraynalılar özlərini müdafiə etməküçün hər şeyi etdilər”,-deyə daxili işlər naziri dövlət başçısını bu cümlələrlə qınayıb.

A.Avakov hətta prezidentə siyasi dərs də verməyi unutmayıb və üstüörtülü təhdid edib: “Siyasətçilər özlərini zəiflətməmək üçün “yolverilməz addmılardan”çəkinməlidirlər”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.