“Rusiya ordusu nəinki dünyada, Ukraynada belə ikincidir” - Blinken

3-06-2023, 08:04           
“Rusiya ordusu nəinki dünyada, Ukraynada belə ikincidir” - Blinken
Rusiya ordusu indi Ukraynaya genişmiqyaslı hücumdan əvvəl olduğundan daha pis vəziyyətdədir.

Bunu Helsinkidə çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Çoxları əmin idi ki, Rusiya ordusu dünyada ikincidir. Çoxları buna inanırdı. İndi biz görürük ki, o, Ukraynada belə ikincidir”, - Blinken deyib.

Dövlət katibi Rusiyanın Ukraynaya qarşı müharibəsini “strateji uğursuzluq” adlandırıb. Onun sözlərinə görə, müharibə Rusiyanın illər sonrası üçün hərbi, iqtisadi və diplomatik gücünü və təsirini azaldıb.

O, həmçinin Rusiyanın Ukraynanın şərqində ələ keçirdiyi ərazilərə nəzarət etdiyi müddətcə atəşkəs çağırışlarını rədd edib.

“Bu, ərazinin Rusiya tərəfindən zəbt edilməsini qanuniləşdirir. Bu, təcavüzkarı mükafatlandıracaq, zərərçəkmişi isə cəzalandıracaq”, - o bildirib. (Mənbə: rbc.ua)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru