Diktatorun bacısı da tənqidə başladı

4-06-2023, 14:54           
Diktatorun bacısı da tənqidə başladı
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Ye-Jonq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının keçən həftə bu ölkənin uğursuz peyk buraxılışı ilə bağlı keçirilən iclasını tənqid edib.

Cebhe.info xəbər verir ki, bu barədə Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat yayıb.

“BMT Təhlükəsizlik Şurasının tez-tez KXDR-in öz hüquqlarının həyata keçirilməsinə görə cavabdehlik tələb etməsindən çox narazıyam”,-deyə o bildirib . Kim Yo-Jonq bu görüşü ölkənin daxili işlərinə "ən ədalətsiz və qərəzli müdaxilə aktı" adlandırıb.

O, həmçinin Təhlükəsizlik Şurasını birtərəfli qaydada KXDR-in suverenliyindən, mövcudluq və inkişaf hüquqlarından məhrum etməyə cəhddə ittiham edib. Şimali Koreya liderinin bacısının sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Koreya yarımadasında dəyişmiş təhlükəsizlik vəziyyətini nəzərə almır.

Mayın sonunda KXDR “Mannigen-1” hərbi kəşfiyyat peyki ilə daşıyıcı raketin ikinci mərhələsinin buraxılması zamanı fövqəladə vəziyyətin yarandığını bəyan edib. Raket mühərrikinin qeyri-sabit işləməsi, həmçinin yanacağın xüsusiyyətləri səbəbindən buraxılış uğursuz oldu. Peyk Sarı dənizə düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.