Özünü "Məsih" elan edən keçmiş deputat: “İncildə xəbər verilən toy baş tutdu…” - FOTO / VİDEO
26-07-2017, 09:21
Türkiyədə özünü "Məsih" elan edərək siyasətdən uzaqlaşan keçmiş deputat evlənib.
Moderator.az türk mediasına istinadən xəbər verir ki, özünü "Məsih" elan edən keçmiş Millət Vəkili Həsən Məzarçı, ötən cümə günü reallaşan evliliyini, sosial mediadan "Uca Allahın əmri ilə edilən Beyt-i Akadesdə ilk cümə namazı qılındı. Allah quzusu gəlininin, İncildə xəbər verilən toyu baş tutdu" ifadələri ilə diqqət mərkəzinə çevrilib.
Toyda Həsənin həvariləri olduğunu deyən adamlar, "Şemame" türküsü ilə oynamağa başlayıblar.
Həsən Məzarçı, sosial media anonsunda, "İncildə xəbər verilən evliliyin baş verdiyini " qeyd edib.