Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir - VİDEOREPORTAJ

15-11-2019, 10:08           
Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir - VİDEOREPORTAJ
Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir olunur.

"Report"un xəbərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən təmir-bərpa işlərinə artıq bir müddətdir start verilib.

Hazırda davam edən təmir işləri zamanı istilik və elektrik xətləri çəkilir, evin daxili divarlarının üzlüyü, fasadı və dam örtüyü bərpa olunur.

Təmir-bərpa işləri ilə bina heç bir dəyişiklik aparılmadan əvvəlki görünüşünə qaytarılacaq.

Evdə aparılan təmir işlərinin 2020-ci ilin birinci rübündə yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, 1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi Hacı Zeynalabdin Tağıyevin xüsusi dəyər verdiyi mülklərindən biri olub. Belə ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb və ona yaşamaq üçün yalnız bir mülk seçmək imkanı verilib. O isə məhz Mərdəkandakı bağ evini seçib. Uzun illər burada yaşayan milyonçu 1924-cü il sentyabrın 1-də elə bu evdə də vəfat edib. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra həmin ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru