Keçmiş PA rəsmisinin obyektlərində VERGİ YOXLAMASI - İDDİA

9-12-2019, 15:13           
Keçmiş PA rəsmisinin obyektlərində VERGİ YOXLAMASI - İDDİA
Keçən günlərdə dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad olunan Prezident Admnistrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənova və ailə üzvlərinə bağlı olan obyektlərdə vergi yoxlamalarına başlanılıb. Bu barədə JAMAZ.İNFO-ya məlumat verən mənbənin bildirdiyinə görə, qısa yoxlamalardan sonra külli miqdarda vergidən yayınma halları üzə çıxarılıb.

Mənbə bildirir ki, hələ işdən çıxarılmamışdan öncə İqtisadiyyat Nazirliyində Həsənovun biznesi və obyektləri ilə bağlı araşdırma aparılıb və siyahı hazırlanıb. Bundan əlavə, həmin obyektlərin dövriyyəsi və əldə edilən qazanca müqabil olaraq vergi verilmədiyinə dair rəy hazırlanıb. Lakin yoxlamalara başlanılması bir qədər zaman alıb. Əli Həsənov işdən çıxarıldığı günün səhərisindən etibarən yoxlamalara strat verilib.

JAMAZ.İNFO-ya danışan mənbə bildirir ki, hal hazırda aparılan yoxlamaların ilkin nəticəsi milyonlarla manat vəsaitin büdcədən yayındırılmasına dəlalət edir. Həmin araşdırmanın nə ilə nəticələnəcəyi bəlli olmasa da, cinayət işinin açılacağı ehtimalı böyük hesab olunur. Güman edilir ki, vergidən yayındırılan məbləğin həcmindən asılı olaraq sanksiya tətbiq olunacaq.

Mənbə konkret olaraq hansı şirkət və obyektlərdə yoxlama aparıldığı barədə məlumat verməyib. O bildirib ki, yaxın günlərdə İqtisadiyyat Nazirliyi bununla bağlı məlumat yayacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.