İnsanlar 190 manat ödənişi ilə bağlı banklardan SMS alır: Bütün ATM-lərdə komissiyasızdır çıxarmaq olar

7-07-2020, 19:26           
İnsanlar 190 manat ödənişi ilə bağlı banklardan SMS alır: Bütün ATM-lərdə komissiyasızdır çıxarmaq olar
Azərbaycanda işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımının 3-cü dəfə ödənişi ilə bağlı bir çox insanlar SMS almaqdadır.

Banker.az bildirir ki, bununla bağlı SMS-i isə banklar tərəfindən göndərilib.

“Vəsaiti ölkədaxili istənilən ATM-dən nağdılaşdıra bilərsiniz” – deyə, bankın bu müavinatı ala biləcək şəxslərə yönəltdiyi ismarıcda deyir.

Bildiyimiz kimi Azərbaycan Mərkəzi Bankı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və ABA-nın birgə bəyanatında bildirilib ki, Covid-19 virusu səbəbindən sosial müavinət, təqaüd və pensiyalar ölkənin istənilən ATM-indən komissiyasız nağdlaşdırılır.

Bildirək ki, bu dəfəki ödəniş sərt karantin rejiminin tətbiq edildiyi şəhərlərdə yalnız veriləcək.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi 16 şəhər və rayon üzrə 287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcəyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.