Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar cəmiyyəti partlayışda həlak olmuş dənizçinin oğluna iş vermirlər- İTTİHAM

12-08-2020, 13:20           
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar cəmiyyəti partlayışda həlak olmuş  dənizçinin oğluna iş vermirlər- İTTİHAM
Teref.az xəbər verir ki, aşağıda dərc etdiyimiz məktubu araşdırmaçı jurnalist Aida Eyvazova sosial şəbəkədə paylaşıb. Aida Eyvazova yazır :
Bu səhər poçtuma gələn məktubdur. Xəzərdə BAŞ VERƏN partlayışda həyatını itirən dənizçinin oğluna, Xəzər Dəniz Gəmiçiliyində iş vermirlər. Ruhəngiz xanımın mənə yazdığı məktubu olduğu kimi, bölüşürəm.
"Salam sizi narahat edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar cəmiyyətində 2006-cı il dekabr 18-də baş vermiş partlayış nəticəsində faciəvi şəkildə rəhmətə gedən Qurbanlı Cəlil Heybət oğlunun həyat yoldaşıdır.
Yazıb sizdən xahiş edirəmki, mənim bu müraciətimə baxasız. İki oğul anasıyam. 40 kvadratlıq evdə yaşayırıq.
Böyük oğlum ailəlidir, evdə heç kim işləmir, özümdə 2-ci qrup əliləm, zavodun müdiriyyətinə dəfələrlə müraciət etmişəmki, oğlum Qurbanlı Allahverdini işlə təmin etsinlər. Amma Zavod rədd cavabı verilir.
Sizdən xahiş edirəmki, mənim oğluma işlə təmin olunmasına köməklik göstərəsiniz. Bir Ana kimi müraciətimə baxmanıza xahiş edirəm. Öncədən dərin təşəkkür edirəm. Hörmətlə Qurbanlı Rühəngiz Səməd Qızı."
P.S. Teref.az olaraq ümid edirik ki, əlaqədar təşkilatlar bu məktuba boiganə yaxınlaşmayacaqlar və onun oğlunun işə düzəlməsinə yardımçı olacaqlar.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.