“Tərəfdaş” və “müttəfiq” Azərbaycanın ərazi bütövlüyü əleyhinə separatçıları silahlandırmaz

5-12-2022, 10:28           
“Tərəfdaş” və “müttəfiq” Azərbaycanın ərazi bütövlüyü əleyhinə separatçıları silahlandırmaz
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirəcəyi görüşlə bağlı yaydığı açıqlamada “Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir” cümləsini yazıb. “Tərəfdaş” və “müttəfiq” Azərbaycanın ərazi bütövlüyü əleyhinə separatçıları silahlandırmaz, Azərbaycanın məntəqələrini ermənicə adlandırmaz, Ermənistanla Qarabağı birləşdirən yoldan silahın və xarici ölkə vətəndaşlarının keçidinə imkan verməz. Bunlar hamısı baş verirsə “tərəfdaşlıq” və “müttəfiqlik” sadəcə söz oyunudur. Əlbəttə, reallıqla hesablaşaraq Rusiya ilə müxtəlif mövzuları müzakirə etməliyik, ancaq “Rusiya Azərbaycanın müttəfiqidir” kimi nağıla kimsə inanmaz.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.