Azərbaycana deportasiya edilməmək üçün benzin töküb özünü yandırdı – ALMANİYADA

12-09-2019, 07:08           
Azərbaycana deportasiya edilməmək üçün benzin töküb özünü yandırdı – ALMANİYADA
Almaniyada daha bir həmvətənimiz özünə qəsd edib. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, Sumqayıt şəhər sakini 34 yaşlı Emil Bağırov Hermefkeil şəhərində məskunlaşdığı qaçqın düşərgəsində üzərinə benzin tökərək özünü yandırıb.

Məlumatda deyilir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) tərəfindən sığınacaq istəyi rədd edilən 34 yaşlı həmvətənimiz Azərbaycana deportasiya edilməsi ilə bağlı məktubu aldıqdan sonra Hermefkeil şəhərinin Sosial İdarəsinə (Sozialamt- red) gedib. Orada idarə məmurları ilə mübahisə edən E.Bağırov özü ilə gətirdiyi benzini üzərinə tökərək özünü yandırıb.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb edilib. Həmvətənimizin yanıq xəsarətləri ağır olduğundan o, helikopter vasitəsi ilə Lüdviqshafen şəhərindəki xəstəxanaya çatdırılıb.

Hazırda həmvətənimizin vəziyyəti ağır olaraq qalır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.