Rusiyalı deputat arvadının qulağını kəsib, gözlərini çıxardı - FOTO

1-10-2020, 09:38           
Rusiyalı deputat arvadının qulağını kəsib, gözlərini çıxardı - FOTO
Arvadını qəddarcasına öldürməkdə şübhəli bilinən rusiyalı deputat İqor Şokin psixi xəstəxanaya yerləşdirilib. Şüursuz vəziyyətdə olduğu üçün ondan hələ ki, ifadəsini almaq mümkün olmayıb.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Qeyd olunur ki, onun arvadının qətli ritual mərasimə oxşayıb. Cəsəd tapılarkən qadının qulaqları kəsilmiş, gözləri isə yerindən çıxarılmışdı.

Kanalın məlumatına görə, millət vəkilinin bir gün əvvəl ekstrasensə müraciət etdiyi barədə polisdə məlumat var.

Bildirilir ki, Şokinin oğlu uzun müddət valideynləri ilə əlaqə saxlaya bilməyib. Bundan sonra qonşusuna zəng edərək evlərinin qapısını döyməsini istəyib. Ancaq heç kim qapını açmayıb.

Qonşu qaçaraq mühafizəçiyə xəbər verib. Polislər hadisəni törədən şəxsin axtarışına başlayıblar.

Şokin evin yaxınlıqda kolluqdan tapılıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.