Ekstremal attraksionda əylənən yeniyetmələr həlak oldu - FOTO

31-10-2020, 07:47           
Ekstremal attraksionda əylənən yeniyetmələr həlak oldu - FOTO
Böyük Britaniyadan olan iki uşaq Yunanıstanda tətildə olarkən paraseylinqlə əyləncə zamanı həlak olub.

Məlumata görə, üç yeniyetmə ekstremal attraksionda əylənmək istəyib. Lakin paraşütün qayığa bağlandığı ip güclü külək səbəbindən birdən qırılıb və turistləri qayalara çırpıb.

Onlardan ikisi - 15 yaşlı qız və 13 yaşlı oğlan daşlara çırpılaraq yerindəcə həlak olublar, 15 yaşlı qardaşları isə çoxsaylı ağır xəsarətlərlə yerli xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb. Səyyahlara qayıq və paraşüt verən şirkətin iki əməkdaşı həbs olunub.//Oxu.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru