Uels AVRO-2020-yə yüksəlib, Almaniya qrup birincisi olub

20-11-2019, 04:32           
Uels AVRO-2020-yə yüksəlib, Almaniya qrup birincisi olub
AVRO-2020-nin seçmə mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, son oyun günündə 4 qrupda X turun matçları baş tutub.

5 komandalı qrupların hərəsində iki matç keçirilib. İntriqa da məhz bu görüşlərdə olub. C qrupunda Almaniya və Niderland final mərhələsinə vəsiqə qazansalar da, 1-ci yer üçün mübarizə aparıblar. Şimali İrlandiya ilə görüşdə hesabda geri düşən Bundestim əzmkar və böyükhesablı qələbə ilə 1-ci olub. Estoniyanı məğlub edən Niderland isə 2-ci yerlə kifayətlənib.

Seçmə mərhələdən AVRO-2020-yə sonuncu vəsiqə isə Azərbaycan yığmasının da oynadığı E qrupunda sahibini tapıb. Öz meydanında Macarıstanla görüşən Uels qələbə sayəsində 2-ci yerlə final mərhələsinə yüksəlib. Slovakiyanın Azərbaycanla qarşılaşmadakı qələbəsi isə meydan sahiblərinə fayda verməyib.

Bununla da Uels oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanan digər 19 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya, İsveç, Almaniya, Niderland, Xorvatiya, Avstriya, Portuqaliya, İsveçrə və Danimarkaya qoşulub.

6 komandalı qrupların hərəsində üç matç keçirilib. Bu qruplarda həm AVRO-2020-yə vəsiqələrin sahibləri, həm də onların hansının 1-ci, hansının 2-ci yeri tutması öncədən bəlli idi. Bu üzdən də tur əhəmiyyət daşımayıb.

İ qrupunda Belçika 10-cu qələbəsini qazanıb. Kipri böyük hesabla udan belçikalılar İtaliya kimi 100 faizlik nəticə göstəriblər. Rusiya səfərdə San-Marinonu darmadağın edib. Şotlandiya isə Qazaxıstana qalib gəlib.

G qrupunda Şimali Makedoniya İsraildən güclü olub. Polşa Sloveniyanı məğlub edib. Avstriya isə Latviyada uduzub. Bu, Baltikyanı ölkə təmsilçisinin ilk xalı olub.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
19 noyabr

C qrupu
23:45. Niderland – Estoniya - 5:0
Vijnaldum, 6, 66, 79, Ake, 19, Boadu, 87
23:45. Almaniya – Şimali İrlandiya - 6:1
Qnabri, 19, 47, 60, Qoretska, 43, 73, Brandt, 90+1 - Smit, 7
E qrupu
23:45. Uels – Macarıstan - 2:0
Remsi, 15, 47
23:45. Slovakiya – Azərbaycan - 2:0
Bojenik, 19, Hamşik, 86
G qrupu
23:45. Polşa – Sloveniya - 3:2
Şimanski, 3, Levandovski, 54, Qoralski, 81 - Matavs, 14, İliçiç, 61
23:45. Latviya – Avstriya - 1:0
Oss, 65
23:45. Şimali Makedoniya – İsrail - 1:0
Nikolov, 45+2
İ qrupu
23:45. Belçika - Kipr - 6:1
Benteke, 16, 68, De Bruyne, 36, 42, Karrasko, 44, Kristoforou, 51 (ö.q.) - İoannou, 14
23:45. San-Marino – Rusiya - 0:5
Kuzyayev, 3, Petrov, 19, Mirançuk, 49, İonov, 56, Komliçenko, 78
23:45. Şotlandiya – Qazaxıstan - 3:1
Makqinn, 48, 90+1, Niasmit, 64 - Zaynutdinov, 34












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.