“Zenit” 6-cı dəfə Rusiya çempionu olub

6-07-2020, 00:53           
“Zenit” 6-cı dəfə Rusiya çempionu olub
İyulun 4-də futbol üzrə Rusiya Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, lider “Zenit” səfərdə “Krasnodar” klubunun qonağı olub.

Görüş Peterburq təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Zenit” turnir cədvəlində “Lokomotiv” komandasını 13 xal qabaqlayaraq sona 4 tur qalmış çempion adi qazanıb.

Bu “Zenit”in tarixində 6-cı çempionluğudur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.