UEFA Kosovo klubuna texniki məğlubiyyət verdi

13-08-2020, 05:40           
UEFA Kosovo klubuna texniki məğlubiyyət verdi
UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində baş tutmayan "Drita" (Kosovo) - "Linfild" (Şimali İrlandiya) oyunu ilə bağlı qərarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Kosovo təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu nəticədən sonra I təsnifat mərhələsinə adlayan Şimali İrlandiya klubu Polşanın "Legiya" (Varşava) komandasına rəqib olub.

Qeyd edək ki, avqustun 11-də keçirilməli olan "Drita" - "Linfild" oyunundan əvvəl kosovoluların heyətində 2 futbolçu koronavirusa yoluxduğundan qarşılaşma təxirə salınmış, komanda isə karantinə alınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru