Komada olan yeniyetmə Tottinin səs yazısını dinləyərək həyata qayıdıb - FOTO

29-09-2020, 09:08           
Komada olan yeniyetmə Tottinin səs yazısını dinləyərək həyata qayıdıb - FOTO
İtaliya futbolunun canlı əfsanəsi Françesko Totti uzun müddət komada olan gənc idmançını ziyarət edib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, F. Tottinin fanatı olan gənc futbolçu İlenia Matilli 2019-cu ilin dekabr ayında ağır yol nəqliyyat hadisəsi keçirib və komaya düşüb.

Valideynləri F.Tottiyə müraciət edərək qızına ünvanlanan şəxsi səs yazısını onlara göndərməyi xahiş ediblər.

Valideynləri komada olan övladlarına sabiq “Roma”lı futbolçunun müraciətini dinlədiblər.

Uzun çəkən müalicədən sonra İ.Matilli komadan çıxıb.

Bu münasibətlə 44 yaşlı sabiq futbolçu fanatını xəstəxanada ziyarət edib ona tezliklə tam sağalıb ayağa qalxmağı arzu edib.milletinsesi/














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru