Məşhur xizəkçi dağdan yıxılaraq ölüb

29-09-2022, 09:08           
Məşhur xizəkçi dağdan yıxılaraq ölüb
Nelsonun axtarışları iki gün davam edib

Amerikalı alpinist və xizəkçi Hillari Nelson Nepalda, dünyanın səkkizinci ən hündür zirvəsi olan Manaslu dağından ölü tapılıb.

AYNA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, 49 yaşlı qadın sentyabrın 26-da həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb.

Nelsonun axtarışları iki gün davam edib. Bu gün isə onun cəsədi dağın cənub yamacında tapılıb.

Qeyd edək ki, sentyabrın 26-da da Manaslu dağının aşağı hündürlüyündə qar uçqunu nəticəsində nepallı bələdçi həlak olub, bir neçə alpinist yaralanıb.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.