La Liqa və UEFA “Barselona”ya qarşı sərt qərar verməyə hazırlaşır

24-03-2023, 12:34           
La Liqa və UEFA “Barselona”ya qarşı sərt qərar verməyə hazırlaşır
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Neqreyra işi”nə görə “Barselona”nı Avropa yarışlarından kənarlaşdıra bilər.

Bu barədə “El Confidential” məlumat yayıb.

UEFA-nın reqlamentinə görə, klublar milli və beynəlxalq səviyyədə matçların nəticələrinə təsir edən üsullardan istifadə etməməlidir.

Təşkilat klubu avrokuboklarda iştirakdan kənarlaşdırmaq hüququna malikdir, lakin diskvalifikasiya yalnız bir mövsüm davam edə bilər.
Qeyd edək ki, Barselona Prokurorluğu martın 10-da klubun eks-prezidenti Xosep Mariya Bartomeu və Kataloniya komandasına qarşı rəsmən ittiham irəli sürüb. Bartomeu RFEF-in texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya pul ödəməkdə ittiham olunur. Təhlükəsizlik rəsmiləri iddia edirlər ki, 2016-2018-ci illərdə Kataloniya klubu Neqreyranın DASNIL 95 şirkətinə 1,4 milyon avro ödəyib.

Onu da bildirək ki, İspaniyanın vergi orqanları “Barselona”nın Neqreyra ilə əlaqələrində korrupsiya faktı aşkar etməyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.