Ermənistanda atışma olub, xəsarət alan var

15-11-2019, 08:26           
Ermənistanda atışma olub, xəsarət alan var
Ermənistanda atışma olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə Armavir əyalətində, Eçmiədzində qeydə alınıb. Atışma zamanı 27 yaşlı gənc ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, cinayəti törədən şəxs hələ saxlanılmayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları atışmada yaralanan şəxsin Armavir vilayətinin 27 yaşlı sakini Qurgen Arakelyan olduğunu müəyyənləşdiriblər. Qeyd edilir ki, onun atası da uzun illər məhkumluq həyatı yaşayıb. Belə ki, Q.Arakelyanın atası Armen Arakelyan Rusiyada Türkiyə vətəndaşını qətlə yetirdiyinə görə həbs edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.