Ağdam sakini borcunu istəyən həmyerlisini güllələyib

5-12-2019, 11:28           
Ağdam sakini borcunu istəyən həmyerlisini güllələyib
Ağdam rayonunda güllələnmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Aşağı Yüzbaşılı kəndində 1988-ci il təvəllüdlü Məmmədov Orxan Bəhlul oğlu güllələnib.

Məlum olub ki, O. Məmmədov ölən atasına borclu olan Yüzbaşılı kənd sakini Cəbrayıl İsmayılovdan pulu ödəməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə C. İsmayılov odlu silahdan atəş açaraq, O. Məmmədovu yaralayıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, C. İsmayılovun O.Məmmədovun atası Bəhlul Məmmədova 60000 manat borcu olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.