"Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o, Litvadadır"

11-08-2020, 10:22           
"Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o, Litvadadır"
Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır.

APA-nın xəbərinə görə, bu barədə Litvanın Xarici İşlər nazir Linas Linkeviçius "Twitter"də bildirib.

"Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır", - XİN başçısı qeyd edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanmayıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.