Pan Qi Mun Tiflisə gəlir

20-04-2016, 09:42           
Pan Qi Mun Tiflisə gəlir
BMT baş katibi Pan Qi Mun 23-24 aprel tarixlərində Gürcüstana rəsmi səfər edəcək. Bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.

“BMT baş katibi Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin dəvəti ilə 23-24 aprel tarixlərində Tiflisə səfər edəcək. Pan Qi Mun Tiflisdən Ermənistana, daha sonra Azərbaycana səfərini davam etdirəcək”, - deyə məlumatda bildirilir. Gürcüstan XİN-i BMT baş katibinin 1994-cü ildən sonra ilk dəfə Tiflisə səfər edəcəyini bildirib. Səfər çərçivəsində ölkənin rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub. Qeyd edək ki, 1994-cü il noyabrın 1-də BMT-nin o vaxtkı baş katibi Butros Butros Qali Tiflisə rəsmi səfər etmişdi.(APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.