Göyçayda ata və oğul müəmmalı şəkildə yandı: Ölən və xəsarət alan var

29-09-2022, 09:24           
Göyçayda ata və oğul müəmmalı şəkildə yandı:
Göyçay rayonunda bir ailənin iki üzvü yanıq xəsarəti alıb, ölən var.

APA-nın xəbərinə görə, hadisə rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 1966-ci il təvəllüdlü Məcidov Sərvər Həmid oğlu və 1995-ci il təvəllüdlü Məcidov Cavid Sərvər oğlu yaşadıqları evdə yanıq xəsarəti alıblar.

Ata və oğlu təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq bədəninin çox hissəsi yanmış olan Cavid Məcidov xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Ot biçən qurğuya yanacaq tökərkən qəflətən yanğının baş verdiyi deyilsə də digər versiyanın intihar olduğu bildirilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.