35 yaşlı jurnalist Nazilə Həsənzadə vəfat etdi-FOTOLAR

13-08-2019, 19:03           
35 yaşlı jurnalist Nazilə Həsənzadə vəfat etdi-FOTOLAR
Teref.az BAKU.WS-ə istinadla xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.

Xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist dünən həyatla vidalaşıb.
“Aeroport Perm” jurnalının əməkdaşı olan jurnalist ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə – yaşadığı Perm şəhərinə geri dönüb.
Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb.
Qeyd edək ki, N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı və xərçəngdən sağaldığını düşünürdü.
Özündən sonra azyaşlı oğlu qaldı.
Ruhu şad olsun!
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.