Məşhur qəzetdə irqçilik - Hər kəs etiraz etdi

6-12-2019, 12:09           
Məşhur qəzetdə irqçilik - Hər kəs etiraz etdi
İtaliyada futbolçularla bağlı daha bir irqçilik halı yaşanıb.
"Yeni Sabah" xəbər verir ki, irqi ayrı seçkiliyi ölkənin nüfuzlu nəşri- “Corriere dello Sport" edib.

Qəzetin manşetində A seriyasının 15-ci turunda bu gün "İnter"lə "Roma" arasında keçiriləcək qarşılaşma haqda xəbər yer alıb. Məqaləyə iki qaradərili oyunçunun - Romelu Lukaku (“İnter”) və Kris Smollinqin (“Roma”) şəkli qoyulub, başlıqda isə "Black Friday" (Qara Cümə) yazılıb.

Nəşr bütün futbol ictimaəiyyəti tərəfindən tənqid atəşinə tutulub.

Qəzet rəhbərliyi isə məqsədlərinin irqçilik etmək yox, əksinə bununla mübarizə aparmaq olduğunu bildirib.

Xatırladaq ki, İtaliyada dəfələrlə azarkeşlər tərəfindən qaradərili futbolçulara qarşı irqçilik halları yaşanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.