Toylara icazə: Qonaqların sayı və digər şərtlər... - BUNLARA DİQQƏT!

7-08-2020, 17:14           
Toylara icazə:
“Hazırkı dövrü nəzərə alaraq, toyların keçirilməsi formasında müəyyən dəyişikliklər edərək, insanların toy etməsinə icazə vermək olar”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, toylara qoyulan qadağanın uzanmasının bəzi problemlər ortaya çıxardığını bildirib:

“Düşünürəm ki, yoluxma sayı daha da azalarsa, sosial məsafəyə əməl etməklə və təxminən 50 nəfər insanın iştirakı ilə toyların keçirilməsinə icazə vermək olar. Çünki toylara qoyulan qadağanın uzanması, bir çox problemlər ortaya çıxarır. Amma burada insanlar gərək qaydalara əməl etsinlər. Belə ki, 50 nəfər deyib, 200 nəfər çağıracaqlarsa, bunun fəsadları çox ağır olacaq. Bu baxımdan düşünürəm ki, toyla bağlı qərarda daha diqqətli olub, mövcud durumu düzgün analiz etmək lazımdır. Əgər şərait imkan versə, qeyd etdiyim qayda ilə icazə vermək olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru