Xaricdə yaşayan tələbə-gənclərə müraciət: Dəyərli vətən oğulları, gələcək aydınlar!

17-10-2020, 09:37           
Xaricdə yaşayan tələbə-gənclərə müraciət:
Vətənin sizə ehtiyacı yaranıb. Qarabağda baş verənlər, Gəncədə və münaqişədən kənar digər rayon və şəhərlərdə dinc əhalinin raket atəşinə məruz qalması, qətlə yetirilməsi Azərbaycanın ədalətli mövqeyi ilə yanaşı mənfur düşmənin anti-insani hərəkətlərinin müntəzəm olaraq aidiyyatı üvanlara operativ çatdırılmasını zəruri edir. Bilirəm ki, əksəriyyətiniz bu işlə məşğulsunuz, bir-birinizlə əlaqəli olmasa da eyni işləri görürsünüz.
İstərdim ki, həmin işlərin səmərəliliyini və təsirliyini artırmaq üçün onları birlikdə daha operativ və sistemli, kordinasiya olunmaqla həyata keçirəsiniz. Hesab edirəm ki, malik olduğunuz yaxşı təcrübələrin bölüşdürülməsi, informasiya mübadiləsi, birgə fəaliyyət imkanlarının və resurslarının səfərbər edilməsi üçün vahid platformasının qurulması bu işə töhfə verə bilər. Odur ki, sizləri oktyabrın 18-də Avropa (CET) vaxtı ilə saat 18-də zoom-da fikir mübadiləsinə və məsləhətləşməyə dəvət edirəm.
Bu müzakirələrə qoşulmaq və Azərbaycanın haqq işinə töhfə vermək istəyən hər kəs bu barədə niyyətini şərh bölməsində yazmaqla və ya mesaj qutusuna məktub göndərməklə bildirə bilər.
Unutmayın ki, Vətənin sizə ehtiyacı çoxdur, savaş yalnız cəbhədə deyil, həm də informasiya məkanında gedir!
Dostlar, sizlərdən də xahiş edirəm ki, bu müraciəti mümkün qədər çox paylaşasınız ki, ünvanına çatsın.
Qubad İbadoğlu
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.