“Meta” şirkətindən işçilərlə bağlı yenilik: Həftədə neçə dəfə ofisə gəlməlidirlər?

3-06-2023, 10:25           
“Meta” şirkətindən işçilərlə bağlı yenilik: Həftədə neçə dəfə ofisə gəlməlidirlər?
“Meta” korporasiyası sentyabr ayından etibarən işçilərdən həftədə üç gün ofisə gəlməyi, qalan vaxtlarda isə evdən işləməyi xahiş edəcək.

“Meta” rəhbərliyinin yeni təşəbbüsü şirkətin səmərəliliyinin artırılması planının bir hissəsi olacaq.

“Biz işin bölüşdürülməsi tərəfdarıyıq və inanırıq ki, işçilər istər ofisdən, istərsə də məsafədən çalışmaqla bu işə əhəmiyyətli dərəcədə öz töhfələrini verə bilərlər”, - deyə korporasiya nümayəndələrindən biri qeyd edib.
Qeyd edək ki, şirkət rəhbərliyi uzun müddətdir belə bir yenilik üzərində düşünür. Mart ayında Amerika şirkətinin rəhbəri Mark Zukerberq “Meta” daxilində aparılan araşdırmalardan danışaraq deyib ki, mühəndislər karyeralarının əvvəlində həmkarları ilə həftədə ən azı 3 dəfə üz-üzə işlədikdə orta hesabla daha yaxşı performans göstərirlər.

Mənbə: “Bloomberg”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru