Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər 3 – cü hissə q

23-09-2020, 06:45           
Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər  3 – cü hissə
Qor rəmzini tam anlamaq üçün, qaynaqlarda buna bənzər rəmzlərə nəzər salaq. Əflatun fəlsəfəsində Qor (QR) rəmzi ilə eyni mənalı Xora [XR] rəmzi ilkin materiya sahələrini bildirir ki, bütün bəşəriyyətə həyatı o vermişdir. Qədim Hind mənbələrində də eyni mənalı Kuru (KR) rəmzi ilkin materiyanı bildirir. “Bxaqavad-Gita” kitabının ilk cümlələrində Kuru rəmzi Dxarmo sahəsindəki döyüşə aid edilir ki, burada Allahlar qurban mərasimi keçirirlər. İlkin materiya ilə bu döyüşdən sonra göydə – ruhlar dünyası, yəni günahlardan, bədbəxtlikdən kənar brahman dünyası yaranır ki, bu da əbədi xoşbəxtliyin səbəbidir [29; 252]. Deməli, Qor rəmzi ilkin materiyadan yaradılmış obrazdır və o Brahman (Ba-Rahman) dünyası mənasında olan İrəm cənnəti ilə bağlıdır. Batini mənada Qor/Xor (Hor) rəmzi – Hü (Q/X) ilkin materiyasından yaradılmış Ra deməkdir.

Qədim yazılarda Kar/Kara rəmzi Mada, yəni Midiya ölkəsinə də aid edilir. Tarixçi alim Q. Qeybullayev yazır ki, Bisütun yazılarında “Kara Mada” sözü var ki, (bax: Maday-Kara eposu) bəzən bu sözü “Midiya xalqı” kimi tərcümə edirlər. Lakin araşdırıcıların sözlərinə görə dəqiq təyin edilmişdir ki, kara sözü “icma kəndliləri və sıravi döyüşçülər” mənasını daşıyır [30; 381]. Bir çox alimlər hesab edir ki, Midiya və Fars “kara”sı – “xalq-ordudur”, çünki bu xalq eyni zamanda ordu kimi də çıxış edir. Alimlərə görə, qədim fars dilindəki Kara rəmzi Akkad dilində “martiya”, “ummanate” kimi – ordu, insanlar, xalq-ordu və s. mənalarındadır. Martiya, yəni Mar-Tu və ummanate, yəni ümman rəmzi o deməkdir ki, burada söhbət ümman dənizindəki "kafər şəhərində" ölümsüzlük qazanmış mar-amoreylərdən gedir. Mar-Tu rəmzinin Misirin digər adı olmasını nəzərə alsaq razılaşarıq ki, Qor/Kara və bənzər rəmzlər -göydəki cənnətdə ölümsüzlük qazanmış Asar/Osiris Allahları mənasındadır.

XIX əsrin alman yazıçısı Georq Ebers Misir həyatını təsvir edən “Uarda” əsərində Qor Allahının adını Qorqud kimi qeyd etmişdir ki, bu da Qor-Xuda (Qor Allahı) anlamındadır [31; 145]. Dədə Qorqud – batinilikdə Duat Qor Allahı deməkdir. Qədim Misir mətnlərinin birində Qor Duat haqqında yazılır: “Sübh ulduzu, Qor Duat, İlahi quş, göydən yaranmış böyük yaşımtıl” [32; 191). Qorqudun "Böyük yaşımtıl" adlandırılması, onun ölümsüzlük qazanmış Xızır (Azər/Osiris) və ya Xıdır (Xator) peyğəmbər obrazında olması deməkdir. Buxariyə görə, əl-Xədir (yaşıl deməkdir), ağ torpağa oturanda, ağ torpaq onun arxa tərəfində yaşıllaşmışdı” [20; 3402]. Mətnlərdə Qor, Osirisin oğlu adlanır ki, axirətdə onun taxtında oturacaq: “Ey Osiris, Sənin oğlun Qor günəş kimi sənin taxtında oturmuşdur, və bütün canlılar ona tabedirlər. Milyon illər ona xidmət edirlər, ondan qorxurlar, Allahlar ittifaqı ona qulluq edir və ondan qorxur... Sənin oğlun Qor sənin taxtının varisi olmuşdur, həqiqətən deyirəm, onun oğlu Qor, varis kimi “ikiqat Odun Gölü”ndə Yaşayanın taxtında oturur. Ona mən kömək etmişəm ki, milyon illər qayığındakı taxtda otursun [17; 481, 694]. Digər bir mətndə Qor, Yuxarı və Aşağı Misirin şahı adlanır və onun, atası Ra günəş Allahının doğumunun təkrarlanması nəzərə çatdırılır: “Sənin Atan Ra, sənin Yuxarı və Aşağı Misirin yüksək şahı rütbəni, səni öz bədəninin vəhdətində yaradarkən yaratmışdır”, “yaşasın doğuşunu təkrarlayan Qor, Ra Amenemxet oğlu”, yaxud “Mən Qorun taxtında sənin başına tac qoyuram ki, sən (öz ardınca) bütün canlıları aparasan” [33; 61,50]. Başqa bir mətndə də Qorun - Ra günəş Allahının ilk oğlu olması nəzərə çatdırılır: "Mənim atam Qeb, mənim anam – Nutdur. Mən – Ranın ilkini olan Qoram, hansı ki başına tac qoyulmuşdur……" [17; 419]. Qorun həm Osirisin və həm də Ra-nın oğlu olması, bu obrazların eyniliyi deməkdir. Asar – “İssi Ra” deməkdir ki, bu da "Ra Allahın Ruhu" mənasındadır. Lakin buradakı "İssi" rəmzi qədim Misirdə Sia və Şu kimi də keçir. Şu isə sütunla bağlı rəmzdir. Deməli, Ra günəş Allahını da pir Amonun Şu sütunu rəmzli ruhu "saxlayır" və axirətdə Qor Allahı Duat ölüm şahlığının sütunu kimi Ra-nı əvəzləyəcək.

Nəticə 14. Qədim mənbələrdə Qor dedikdə də, qurbankəsmə və teurqiya vasitəsilə göydə, ilkin materiyadan yaradılmış dünya başa düşülməlidir ki, bu dünya Atum (Mada) Allahının bədənindədir. Atum Allahının obrazı və bənzəri kimi isə sayı 120000 olan ordu yaradılmışdır ki, məhz Qor ordusu sonradan kuti/xet adlandırıldı. Axirətdə gələcək Qor Allahı da Ra günəş Allahının obrazında olacaq.

Şumer mifologiyasında Qor Allahı – Kara/Kor kimi məlumdur və Enmer luqalına aid edilərək EnmerKar kimi yazılır. Enmer [NMR] rəmzi sufizmdə Ra-Amon [R-MN] rəmzi ilə eyni mənalıdır ki, bu da qədim Misirin Ra-Amon Allahı deməkdir. Deməli, Enmerkar (NM-R-KR) elə Ra-Amon-Qor (R-MN-QR) deməkdir. Tanınmış alim D. Rohl Misir fatehlərini - “Qor yoluyla gedənlər” adlandırır və bildirir ki, onlar öz əslini Mesopotamiyanın Böyük qəhrəmanlarından götürür. O nəzərə çatdırır ki, Eridu (Nunki/Etemenanki) şəhərində yaşayan şumerlilər, EnmerKar şahını – Enki oğlu Asar İlahi statusu ilə adlandırdılar [34]. Bu isə o deməkdir ki, Asar (Osiris/Azər) adı – Enmer-Kar şaha, yəni Ra-Amon-Qor Allahına İlahi status mənasında verilən addır.

Qədim Misir yazılarına görə, Biqqe (Bəkkə) adasındakı “Sirli hündür dağda” mağara gizlənir ki, burada Osiris/Oziri Allahının sağ ayağı və s. saxlanılır. Digər yerdə bu dağ Baxu, Bağdat (Baxu-Duat), Bakı, Buxen və s. adlandırılaraq Xor, yəni Qor Allahına aid edilir: “Xor Buxen”, “Bağdatlı Qor”, "Bakı Xoru", “Xor, Bakının ağası” və s. Dakkadakı bloklara görə isə Bakıda Allahların çarı Min-Ra yerləşir [35; 226,66-112,146]. Min-Ra rəmzi təbii ki, Amon-Ra deməkdir və bizlərə bu Allah Rəhman kimi məlumdur. Belə çıxır ki, göydə "Dünya" yaratmış Ra-Amon/Rəhman Allahın qəbri Baxu dağının altındakı mağaradadır.

Misirlilərin “Ölülər kitabı”na görə, Bexdetli Qorun düşmənlə vuruşduğu yeri Tot – “Aat-Şatet” adlandırır ki, Set fışıldayan ilan cildini alaraq bu vilayətdə yerin altına girir. Qor Allahı da, qırğıbaşlı keşikçi olaraq, onun gizləndiyi yerə nəzarət edir ki, ilan heç vaxt oradan çıxa bilməsin. Burada ilkin materiyanın (İlahi od) ilan rəmzli Setin anlamında, yeraltı Baxu mağarasında saxlanılması nəzərə çatdırılır. Mətnlərə görə, Bexdetli Qorun düşmənləri qırdığı yerdə Xator yerləşir [17; 97,93]. Digər tərəfdən, burada, yəni Biqqedə yerləşən Qorun və Tefnutun gözü - Mut adlandırılır. Belə çıxır ki, Baxu mağarası Xator-Mut, yəni Yəmənin Xadramaut vadisidir. Bu mağaranın həm də "Aat-Şatet" adlanması isə, onun "Ad-Şədid", yəni Ad oğlu Şəddada aid olması deməkdir. Biz əvvəldə yazdıq ki, rəvayətə görə, Ad oğlu Şəddadın qəbri Yəmənin Xadramaut şəhərindəki bir mağaranın içindədir. Belə çıxır ki, Ad oğlu Şəddad elə Ra-Amon, yəni Rəhman Allahın obrazıdır. Mətnlərin birində bu mağara ilə bağlı Ra Allah'ı Tota dedi: “Mənim düşmənlərimə [burada divan tutulmuşdur]”: ona görə də bu yer indiyə qədər Teb adlanır. Bexdetdən olan Qor və qanadlı disk haqqındakı rəvayətdə isə Tot deyir: “Teb şəhəri gərək Bexdetli Qor adlandırılsın” və bu günə qədər o belə adlandırılır [17; 92]. Qədim Misirdə "Teb" – “möhürlənmiş qutu” mənasını verir ki, bu da Osirisin qoyulduğu tabut mənasındadır.

Nəticə 15. Mənbələrdə Qor Allahı - Enmerkar kimi yazılır ki, bu da Ra-Amon-Qor deməkdir. Qorun Ra-Amona aid edilməsi, Qor Allahının - pir Amonun ruhunun Ra günəş diski ilə birləşməsi mənasında olması deməkdir. Məhz bu Ra-Amon-Qor Allahı sonradan Asar, yəni Osiris Allahı adlandı. Bu Allah Midiyadakı Gel elində ayaq üstə durmuş kosmik insan kimi təsəvvür edilir ki, onun ayağının altında Biqqe/Baxu mağarası yerləşir. Pir Amonun, yəni Amon Allahının qəbri də bu mağarada qorunur. Məhz bu mağara həm də "möhürlənmiş qutu" adlanır ki, qədim qabartmalarda bu qutu çanta formasında, qanadı Allahın əlində təsvir olunur.

Buxarinin hədisində "Teb" təmzi “Taba” kimi keçir və Mədinə şəhərinin digər adıdır [20; 1872]. Sührəvərdi fəlsəfəsinə görə işıq - Tuba ağacından axan xəzinədir. Bu ağac isə Qurana görə, Allahın nurunun yerləşdiyi çırağı odlandırır [13; 24:35]. Əl-Əşarinin qeyd etdiyi hədislərin birində deyilir: “Allah öz əlləri ilə insanı yaratmış, öz əlləri ilə Edem cənnətini yaratmış, öz əlləri ilə Tövratı yazmış və öz əlləri ilə Tuba ağacını əkmişdir” [36; 3].

Batinilikdə Teb/Taba/Tuba rəmzləri "Beyt" (Bit) rəmzi ilə eyni mənalıdır və bu da o deməkdir ki, Bexdetli Qorun Teb şəhəri - Allahın Evi mənasında göydəki ruhlar dünyasının - İrəm cənnətinin rəmzidir. Bunları tam anlamaq üçün sufi mənbələrinə müraciət etmək lazımdır.

Sufilər dahisi Əbu Həmid əl-Qəzaliyə görə də dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss olunan “aləm əl-Mülk və-Şəhad”, ikinci – mənəvi olan “aləm əl-Cəbərut”, üçüncü isə – gözəgörünməz o biri dünyadır ki, “aləm əl qeyb və-l-Mələküt” adlanır. Burada Mülk dedikdə, Allahın "Dünya" yaratmağa başladığı Gel şəhəri nəzərdə tutulur ki, bu şəhər də yazdığımız kimi Midiya ərazisində yerləşir. İkinci, mənəvi aləm mənasında olan Cəbərut aləmidir ki, bu da Allah Mülkünün, yəni Gel şəhərinin altında gizlədilmiş (Baxu/Biqqe) mağaradır. Yazdıqlarımızdan çıxan nəticəyə görə, Ad oğlu Şəddadın, yəni Ra-Amon Allahının qəbri burada qorunur. Əl qeyb və-l-Mələküt adlanan üçüncü aləm isə Gel şəhərinin üstündəki göylərdə yaradılmış Qeb (Qeyb) ruhlar dünyasıdır. Bu üç aləm birlikdə Tövratda "Dünya" adlanır ki, qədim Misir mənbələri bunu Atum (Adəm), digər mənbələr isə Muta, Midiya, İrəm zat əl-İmad və s. adlandırır. Babil, Etemenanki və s. adlar isə Cəbərut aləmində gizlədilmiş nəhəng tikilinin müxtəlif adlarıdır ki, onu ilk nəhəng varlıqlar olan Ad qövmü, yəni Asar/Osiris Allahları tikmiş və sonra üstünü örtüb, dağa çevirmişlər. Qədim Misir yazılarında Yuxarı Misir, Yuxarı Geliopol deyəndə - Gel göylərindəki Mələküt aləmi, Aşağı Misir, Aşağı Geliopol dedikdə isə, Mülk və onun altındakı Cəbərut aləmi (Sokaris, Aid, Qades və s.) nəzərdə tutulur.

Osirisin yerləşdiyi tabutun Tuba/Beyt rəmzi ilə eyni məna verməsi və Bexdetli (Baxu dağındakı Duat ölüm şahlığı) Qor adlandırılması o deməkdir ki, burada Asar/Osiris və Qor (Ata və Oğul) Allahlarının obrazları birləşir. Hər iki rəmzin batini mənası - ilkin materiyadan yaranmış Ra günəşi deməkdir və axirətdə məhz bu günəşin yenidən var olması əsas məqsəddir. Bunun üçün Osiris obrazı ilə Qor/Xor obrazları eyniləşdirilməli və ilkin materiyaya Ra-nın doğumu kimi təqdim edilməlidir. İlkin materiya da öz qanunlarına uyğun yeni Qoru (Osirsi) və onun yeni Duat ölüm şahlığını var etməlidir.

Nəticə 16. Teb/Tuba və Beyt rəmzləri İlahi oddan yaradılmış və ağac kimi təsəvvür olunan cənnət mənasındadır. Bu nur ağacının kökü Cəbərut aləmi mənasında Baxu mağarası, Ağacın sütun rəmzində olan gövdəsi - Allahın Mülkü olan Gel eli, ağacın budaqları və yuxarı hissəsi isə Mələküt aləmi mənasındadır. Axirətdə, Baxu mağarasında əvvəlcədən yaradılmış Qor obrazı materiallaşmalı və zühur etməlidir.

Mətnlərin birində deyilir: "Ey Osiris, “… “Dua” adınla onlardan uzaqlaşma... “Xurti” adınla onlara qəzəblənmə və s." [17; 50]. Burada Dua rəmzi - Deo/Teo yəni Allah, Xurti rəmzi isə Xor-Teo, yəni Xor/Qor Allahı deməkdir. Roma dövrünə aid “Ölülər kitabı”ndakı qəbirüstü Xertu mətnində deyilir: “Burada söhbət, sözləri qanun olan Osiris Xerti-dən gedəcək. Mən, Ra-nın çıxdığı məqamam. Mən Atumun qürub etdiyi məqamam. Mən gecə və gündüz Osiris Xenti-Amentiyəm. Ey Duatın keşikçiləri mənə tərəf dönün, ey Amentinin keşikçiləri, ey Per-Xennunun (Pir-Xanaan) keşikçiləri. Mənə tərəf dön, ey Duatın qapıçısı Osiris oğlu Anubis. Mənə tərəf çevril ey Xator, Amentinin və Maatın xanımı, kim ki onun qarşısında Amentiyə qalxır o tərəfə dön… Mən sizin atanız Xeru-Xutiyəm (Xorxut/Qorqud), hansından ki zamanın başlanğıcında siz yaranmısınız. Mən, əbədi öz taxtını tutan İsida və Osiris oğlu Qoram. Mən Xer-uruyam (Böyük Qor), Ra-nın əzalarına ləzzət gətirən Cənubun hökmranıyam və Qoru öz atasının taxtında yerləşdirənəm. Mən, İki Gözün Qoruyam, bütün Allahlara güc verən silahın gözləyəniyəm və s." [17; 752,756]. Burada Atumun qürub etdiyi zamandan danışılır ki, bu da axirət dövrü anlamındadır və bu zaman Osiris-Xurti (Osiris-Qor Allahı) - Ra günəş diski kimi yenidən çıxmalıdır. Bu çıxış isə təbii ki, marlar ölkəsi olan Gel elinin yerləşdiyi Midiyada olmalıdır.

Erməni mənbələrində Xurti rəmzi Kert kimi yazılır və "Mar" rəmzinə, yəni göyə qaldırılmış torpağa aid edilir ki, bu da onun ilkin materiya düzənliyində, səhrasında yaradılmasına işarət edir: “Artaşesin cəsur oğlu Artavazd, Artaşat (Eridu-Şad) şəhərinin özülünün qoyuluşunda öz sarayı üçün yer tapmayanda gedib marlar (ölkəsində) Marakerti tikdi, hansı ki, Şərur adlanan düzənlikdə yerləşir” [4; 30]. Burada Marakert deyəndə Mülk-Cəbərut-Mələküt üçlüyü nəzərdə tutulur. Osiris-Xurtinin, yəni Qor Allahının yenidən doğuluşu isə, bu üçlüyün bətni mənasında olan Cəbərut aləmində - Bexdetdə (Baxu dağının altındakı Duatda) baş verməlidir. Altay mənbələrində Qor Allahının bu üçlüyü – “Üç Qorbustan” adlanır.

Bexdet rəmzi bizlərə İraqın (Qor rəmzi) paytaxtı Bağdad kimi tanışdır. Bağdad şəhərinin rəsmi adı Mədinət əs-Salamdır. Deməli, biz əsl Bağdadın harda yerləşməsini dəqiqləşdirmək üçün Mədinət əs-Salam rəmzini açmalıyıq.

Mədinət rəmzi ilə eyni mənalı əl-Mədain rəmzi sasani iranının Ktesifon şəhərinin adıdır və ərəblərin sasanilərlə Kadisiyyə ətrafındakı qələbə vuruşundan sonra ona verilən addır. Buradakı “Kadisiyyə” rəmzi Kadus eli mənasında ən qədim dövrlərdən Midiya ərazisində göstərilir. Ktesifon [KTS-FN] rəmzi də bu mənada Kadus-Fon [KDS-FN] rəmzində - Kadus elinin Pan, yəni Alpan eli olması deməkdir. Lakin Ktesifon rəmzli Əl-Mədinə şəhəri bəzi qaynaqlarda “Əl-Mədinə əl-Atika” adlanır ki, buradakı Atika [TK] rəmzi Kəbənin digər adı olan Beytül-Ətiqdir. Atika/Ətiq [TK/TQ] rəmzi isə sufizmdə elə kuti/quti/xat rəmzləri mənasında Xud peyğəmbərin rəmzidir. Başqa sözlə, Xud peyğəmbərin kuti/xat nəhənglərinin ölkəsi olan Mədinə - Ktesifon/Kadisiyyə mənasında olan Kadus elidir ki, bizlərə bu rəmz Qüds və Qades ölüm şahlığı mağarası kimi məlumdur.

Mədinət əs-Salam adındakı Salam rəmzi - yəhudilərin üç dinin müqəddəs şəhəri olan “Səlim”, yəni Yerusəlim şəhəridir və onun da digər adı Qüdsdür. Qüds isə qədim İsrail/İzrailin paytaxtı olmuşdur və bu rəmz "Asar/Azər Eli" mənasında Osiris Allahının ölkəsi deməkdir. Bütün bunlardan belə nəticə çıxır ki, Osiris-Xurti Allahının Xurti mağarasından yenidən çıxışı - Asar/Azər ölkəsinin Kadus elində, buradakı Qades mağarasından olmalıdır.

Nəticə 17. Mətnlərdə Osiris-Xerti dedikdə, Asar-Qor Allahı nəzərdə tutulmalıdır və bu Qor Allahı marların Midiya ölkəsi ilə bağlıdır. Midiyanın bir adı Mədinət əs-Salamdır ki, Salam da Yerusəlim deməkdir. Midiyanın digər adı isə Kadusdur ki, bu da Qüds, yəni Yerusəlim anlamındadır və axirətdə bütün hadisələr burada baş verməlidir.

Asara, yəni Osirisə aid edilən Xurti rəmzi əksər mətnlərdə Kerti kimi yazılır. Asar-Kerti rəmzi rus mənbələrində Tsar-Qrad, yəni Çar-Şəhəri kimi keçir və Konstantinopol şəhərinə aid edilir [19; 122]. Mənbələrdə Konstantinopol, yəni İstambuldakı Sofiya məscidi isə - Süleyman peyğəmbərin məşhur kilsəsi kimi təqdim edilir [37; 847]. Apokrif yazı olan “Yerusəlim söhbəti”ndə deyilir: “Yerusəlim şəhəri – bütün şəhərlərin anasıdır: bütün kilsələrin kilsəsidir – Sofiya Allahın müdrikliyidir, onda Allahın qəbri durur” [19; 400]. Başqa sözlə, Allahın qəbri Sofiya məscidindədir və o isə Yerusəlimdə yerləşir. Digər tərəfdən, Tsar-Qrad mənasında olan Konstantinopol, qaynaqlarda Roma imperiyasının yeni paytaxtı mənasında "Yeni Roma" adlanır. Roma, Rim rəmzləri isə elə İrəm rəmzidir. Belə çıxır ki, Baxu dağının altındakı Asar-Kerti mağarasında həqiqətən də Allahın qəbri qorunur və Qor Allahının buradan çıxışı, yeni İrəmin-Romanın var olması ilə nəticələnəcək. Qədim Misir mənbələrində bu çıxış - Qoca Ra-Amon günəş Allahının yerinə, Cavan "Gecə günəşi", yəni Ay rəmzli Mehdinın çıxışı kimi rəmzləndirilir.

Qədim Misirin Amduat, yəni “Duat-da (Dat) olanlar” kitabının, polşalı misirşünas Ancey Nivinskinin tərcüməsi və şərhinə görə, burada, ölmüş şah axşam günəşin gəmisində yeraltı dünyaya daxil olur və 12 saat sonra günəş kimi, yeni həyata başlayır. Lakin burada hər saatın özündə günəşin, yerin altında olduğu zaman dəyişməsi və artıq səhər, qoca Günəşin, kitabda “gecə günəşi” adlandırılan yeni cavan günəşlə əvəz olunmasından danışılır. Qeyd edək ki, U. Baca görə, Seker adı “kim ki gizlindədir” mənası ilə “gecə günəşi” fikrini ifadə edir [28; 235]. Burada Seker rəmzi, Sokar yəni Sokaris (Aid, Qades və s.) mağarası anlamında həm Cəbərut aləmini, həm də İsa-Qor (Şu-Qor) anlamında Qor Allahının ruhunu bildirir. Gecə günəşi dedikdə isə, Ay Allahı Sin nəzərdə tutulur ki, bu da El-Amurru, yəni amoreylərin El rəmzinə aiddir və Mehdini bildirir. Başqa sözlə, Bexdetli Qorun Xurti (Kerti/Xertu) obrazı, onun axirətdə Beytdən, ölüm şahlığının Cəbərut aləmindən çıxacaq Allahın obrazıdır. Buna görə də, bu mağaranın özü mənbələrdə "Kerti mağarası" adlanır. Kerti/Xertu həm də bütöv üç aləm (Mülk, Cəbərut, Mələküt) mənasında kosmik Osiris Allahını bildirir.

Mətnlərdə bu mağara Neter-Xert (Neter=Nut+Ra=Tanrı) də adlanaraq, onun Amentidən, yəni Amon-Atadan (Teo/Teos) gəldiyi nəzərə çatdırılır və "Aşağı müqəddəs vilayət" adlandırılır [17; 548, 338]. Mənbələrdə Amenti rəmzi də bütöv Duat ölüm şahlığına, onun yeraltı Sokaris mağarası mənasında olan Cəbərut aləminə də aid edilir və Amenteta (Amon-Duat) kimi yazılır.

Tet, yəni Duat rəmzi yazılarda Tet və Ced sütunu kimi də məlumdur. Tet sütunu Busiridə (Busiris) qaldırılırdı və bu Osirisin ölmüş bədəninin bərpa mənasını, yəni dirilməsini bildirirdi. Mənbələrdə Ced sütunu Osirisin fəqərə sütunu adlandırılır. Xeb-sed (Qeb-Şad) bayramında bu “Geliopol sütunu”na səcdə edirdilər ki, adətən o Geliopol öküzü kimi tanınan Allah bütü (Şedu/Şad) ilə assosiasiya olunurdu və özlüyündə ucuna öküz başı keçirilmiş uzun ağac formasında idi [33; 75].

Nəticə 18. Asarın Qor Allahı (Osiris-Kerti) rus (RS=SR) qaynaqlarda Tsar-Qrad, yəni Sar-Şəhər (Şəhərlər şahı) kimi yazılaraq Konstantinopol şəhərinə aid edilir və burdakı Sofiya məscidi - Süleyman kilsəsi adlanır. Sofiya kilsəsi eyni zamanda, mənbələrdə - Allahın qəbrinin yerləşdiyi Yerusəlim mənasında qeyd olunur. Konstantinopolun Yeni Roma (Rim) adlanması isə Osiris-Kerti mağarasından ikinci İrəm cənnətinin var olacağı deməkdir. Məhz bu mağaraya son dəfə daxil olan Ra-Amon günəş Allahının yerinə, səhər - Mehdi obrazlı Ay Allahı çıxacaqdır. (Ardı var)



Firudin Gilar Bəg

Sadıq Gilarbəyli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.