İyunun 5-i Mikayıl Müşviqin doğum günüdür

3-06-2023, 12:26           
İyunun 5-i Mikayıl Müşviqin doğum günüdür
Əvvəlki yazımda Müşviqin böyük bacısı Böyükxanımın qardaşına görə özünü yandırdığı haqda yazı paylaşmışdım. İndi isə kiçik bacısı Balacaxanımın qardaşına görə başına gələnlərlə qısaca olaraq sizləri tanış edirəm.
Balacaxanım İsmayılzadə - 1906-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1916-cı ildə orta məktəbin 5-ci sinfini bitirən Balacaxanım 1920-ci ildə seminariyaya daxil olmuşdur. 1924-37-ci illərdə Bakı şəhərində müəllim işləmişdir. 9 sentyabr 1937-ci ildə İsmayılzadə Balacaxanım həbs edilib. Həbs olunmasına əsas səbəb həyat yoldaşı və qardaşı Müşfiqin vətən xaini kimi güllələnməsi olmuşdur.
İstintaqın gedişatından.
O, işdən çıxarılma səbəbini Okinşeviçdən soruşanda cavabında "Sovet rejimi Balacaхanım müəlliməni məhz qardaşına işdən хaric edir"sözlərini eşidir.
Balacaxanım İsmayılzadə:"Okinşeviçə dedim, madam ki, mənim sözlərimi başa düşməyirsiniz o zaman buradan siz durun, bir azərbaycanlı otursun, çünki bura Azərbaycandır. Bura turetski şəhərdir, burda azərbaycanlı olmalıdır, nəinki siz. Eyni zamanda mənim dediyim "turetski şəhərini" raykomda mənim üzərimə "Trostki" adı qoydular. Bu sözlərin əsasında mən də hiddətlənib Okinşeviçin stolunun üstündən su qrafinkasını götürüb stolun üstünə vurdum. Mənim bütün bu sözlərim yalnız işimdən ötəri olub.
Göstərmək istəyirəm ki, Okinşeviçin bir də qabinəsində söz soruşanda o, mənə dedi ki, sən xalq düşmənisən. Mən də onun sözlərindən hiddətlənib dedim ki, sən də "vraq narodasan", çünki sizə şikayət olanda heç əhəmiyyət verməyirsiniz. Eyni zamanda azərbaycanlılara əhəmiyyət verməyirsiniz.

Amma heyhat...Axundova Səkinə Rüstəm qızı, Stepenşikov Vasiliy Pavloviç, Hüseynov Səməd Hüseyn oğlu, Qasımov Çəlbi İbrahimoviç, Tarasova Mariya Yevlamovna, Qolumb Yakov İosifoviç, Abramovna Nataliya Afanasiyevna, Yüzbaşev Simon Manaroviç, Ayriyan Ruben Cumşudoviç-rus, yəhudi, erməni, türk daxil olmaqla, 9 nəfər Balacaxanımın üzünə durur, demədiyini boynuna qoyurlar...
13 sentyabr 1937-ci ildə 3 saylı şəhər milis (polis) şöbəsi Balacaхanım Şükürlünü Ankişeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atma iddiası ilə həbs edir. Balacaхanım Şükürlünü altı il müddətində azadlıqdan məhrum edilməsi üçün qərar çıхarır

...Şahverdiyanın sədrliyi ilə keçirilən məhkəmədə Balacaxanıma 72-ci maddə ilə 6 il iş kəsilir və Arxangelskə sürgün olunur.
Budur bolşevizmin хalqa bəхş etdiyi vicdan azadlığı...
1958-ci ildə bəraət alandan sonra dəfələrlə əmlakının alınması üçün müraciət etsə də müxtəlif yollarla rədd cavabı alır.
Balacaxanım İsmayılova 1970-ci ildə bir otaqlı mənzilində vəfat etmişdir.
Şəkildəki foto isə 1957-ci ilin may ayında çəkilib. Müşfiqin kiçik bacısı Balacaxanım İsmayılova qardaşının bəraətindən sonra nəşr olunan ilk kitabının siqnal nüsxəsi ilə.
Ruhu qarşısında təzimlə Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.